Çox satılan sığorta məhsullarımız!
Əmlak sığortası
Əsrlər boyu insanlar üçün ən dəyərli maddi varlıqlardan biri onların sahib olduğu əmlaklar olmuşdur. Bunun əsas səbəbi əmlakın dəyərinin, onun meydana gəlmə zamanının və onun həyatımızdakı rolunun çox yüksək olmasıdır. Düşünün ki, hər hansı bir təbii fəlakət və yaxud insan faktoruna bağlı bir hadisə nəticəsində siz sizin üçün dəyərli olan əmlakınızı itirmək riski ilə üz-üzə qalmısınız. Bunu düşünməyə ehtiyac yoxdur.Bu hal baş verməsin deyə əmlakınızı bizə etibar edin.
Məlumat alÇox satılan sığorta məhsullarımız!
Səyahət Sığortası
Müasir dövrdə dünyada qloballaşma və inteqrasiya prosesləri o qədər sürətlə gedir ki, müntəzəm olaraq səyahətlərə çıxmalı oluruq. İstər gəzinti, istərsə də iş məqsədilə çıxdığımız səyahətlərdə nə cür sürprizlərlə qarşılaşacağımız məlum olmur. Belə hallarda gözlənilməyən risklər və xərclər səyahətimizin əzab əziyyətə çevrilməsinə səbəb ola bilər.Məhz səyahət sığortası ilə rahatlıqla səyahətinizi başa vura bilərsiniz.
Məlumat alÇox satılan sığorta məhsullarımız!
Fərdi Qəza sığortası
Müasir həyatda tez-tez bədbəxt hadisələrin şahidi oluruq. Bu hadisələr həm gündəlik həyatda, həm iş yerlərinizdə, həm də ev şəraitində ola bilər. Unutmaq olmaz ki, belə hallar Sizləri həm mənəvi, həm fiziki, həm də maddi zərərlər vurur. Bu zərərdən maksimum az itki ilə çıxmağın yeganə yolu Rəvan Sığorta Şirkətinin təqdim etdiyi Fərdi Qəza sığortasından yararlanmaqdır. Bu sığorta növündən istifadə etməklə siz gələcək böyük problemlərin qarşısın almış olarsız.
Məlumat alÇox satılan sığorta məhsullarımız!
Kasko sığortası
Bildiyimiz kimi keçən əsrin avtomobil əsri olması, yaşadığımız dövrdə avtomobillərin həyatımızın ayrılmaz tərkib hissəsinə cevrilməsi göstərdi ki, avtomobil həyatımızda təkcə nəqliyyat vasitəsi deyil, həm kapitallaşmanız, həm də sizin nüfuzunuzdur.Odur ki,həyatımızı avtomobilsiz təsəvvür etmək çox çətindir.Həm avtomobillərin,həm də ehtiyyat hissələrinin qiymətinin baha olması isə baş verə biləcək qəza zamanı bizi çətin vəziyyətə salmaq gücündədir. Bu riskin nəticələrini aradan qaldırmaq üçün kasko sığortası sizin köməyinizə gələcəkdir.
Məlumat al- Əmlak sığortası
- Səyahət Sığortası
- Fərdi Qəza sığortası
- Kasko sığortası

“Rəvan Sığorta” ASC 1998-ci ildə təsis edilmişdir. 20 illik təcrübəsi ilə, müştərilərinə yüksək keyfiyyətli xidməti göstərən, Azərbaycan sığorta xidmətləri bazarına öz tövhəsini verən inanılmış şirkətlərdəndir. Fəaliyyətinin ilk illərində “Double İnsurance Company” QSC kimi tanınan “Rəvan Sığorta” ASC 2004-cü ildə təsisçilərin dəyişməsi ilə yanaşı, şirkət adının da dəyişməsi prosesini yaşayaraq “Star Alyans Sığorta” şirkəti adını almışdır.

