Sığorta haqqında nə bilirik?

  • PDF faylını al

Özünü, avtomobilini və əmlakını sığortalamaq artıq sivil ölkələrdə mədəni addım kimi qiymətləndirilir. Azərbaycanda isə bu fikirdən çox uzaqdırlar, hətta bölgələrimizdə vətəndaşların əksəriyyəti sığortaya vergi kimi yanaşırlar. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda isə deyilir ki, sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə, sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. Sığorta müqaviləsində tərəflərin razılaşmasına əsasən, başqa şərtlər də qoyula bilər. Deməli, sığorta vətəndaşın xeyrinə olan bir aktdır.

Ardını oxu...

KASKO sığortasının dəyəri nədən asılıdır?

  • PDF faylını al

Kasko sığorta polisini almaq üçün sığorta kompaniyasına müraciət edərkən nəzərə alın ki, sığortanın dəyərinə təsir göstərən amillərin heç də hamısı “dəqiqliklə” reqlamentləşdirilməyib. Kasko sığorta polisinin dəyərini müəyyən edən bəzi mühüm amillər vardır ki, onlar bizim özümüzdən asılıdır.
Bu cür “əlverişli” amillərdən biri sizin avtomobilinizin markası və modelidir. Avtomobil nə qədər ucuz olarsa, onun qaçırılma ehtimalı da bir o qədər az olur və təmiri kifayət qədər az vəsait tələb edir. Müvafiq surətdə, onun sığorta tarifi də aşağı olur. Adətən sığorta kompaniyaları KASKO sığorta polisinin qiymətini müəyyənləşdirərkən avtomaşının dəyərinə əsas oriyentir kimi baxırlar. Lakin söhbət xeyli müddət istismar olunmuş avtomobillərdən getdikdə, adətən onların bazar dəyəri müxtəlif olur. Avtomobilinizin sığorta xərclərini azaltmaq üçün ərizənizdə onun bazar dəyərinin aşağı həddini göstərməlisiniz.

Ardını oxu...

ƏN RİSKLİ SIĞORTA

  • PDF faylını al

Yüklərin daşınması prosesini iqtisadi fəaliyyətin ən riskli istiqamətlərindən birinə aid etmək olar. Müəyyən bir məbləğ müqabilində yüklərin dünyanın bir nöqtəsindən digər nöqtəsinə nəqliyyatın müxtəlif növü ilə yerdəyişməsini nəzərdə tutan bu fəaliyyət növünün ərzaq dükanının və ya reklam şirkəti kimi digər fəaliyyət növlərindən əsas fərqi daha çox riskə məruz qalmasıdır. Yüklərin daşınması prosesində risk dedikdə, əsasən yüklərin (daşınan malların) təyinat məntəqəsinə salamat və zədələnməmiş vəziyyətdə çatdırılmasına mane olan amillərin baş verməsi başa düşülür. Misal üçün daşınma zamanı mallar zədələnə, oğurlana və ya tam məhv ola bilər. Yüklərin daşınması zamanı riskin azaldılmasının ən effektli yollarından biri də yüklərin sığortalanmasıdır.

Ardını oxu...

Yol nəqliyyat hadisəsi zamani nə etməli?

  • PDF faylını al

Son illər bir çox sürücülərimiz yolda baş verən hadisələrdən aciz qalmamaq üçün öz nəqliyyat vasitələrini sığortalayır və hadisə yerinə gəlmiş sığorta mütəxəssislərinin köməyindən istifadə edir. Buna baxmayaraq, sığortalanmış avtomobil sahibi unutmamalıdır ki, sığorta müqaviləsi bağlandıqdan sonra o, yolda hər hansı bir sığorta hadisəsi baş verərkən əvvəlcədən məlumatlı olmalı və qanunla tələb olunan bütün tədbirlərin görülməsində fəallığını əsirgəməməlidir. Qəbul etməliyik ki, qəza zamanı güclü stress vəziyyətində olan vətəndaşlar soyuqqanlılıq nümayiş etdirmək bacarığından məhrumdurlar, amma ən elementar çərçivədə nümayiş olunan davranış qaydaları düzgün və ədalətli sığorta ekspertizasının aparılmasında sığortaçıya kömək ola bilər.

Ardını oxu...