Fərdi qəza sığortası

  • PDF faylını al

Müasir həyatda tez-tez bədbəxt hadisələrin şahidi oluruq. Bu hadisələr həm gündəlik həyatda, həm iş yerlərinizdə, həm də ev şəraitində ola bilər. Unutmaq olmaz ki, belə hallar Sizləri həm mənəvi, həm fiziki, həm də maddi zərərlər vurur. Bu zərərdən maksimum az itki ilə çıxmağın yeganə yolu Rəvan Sığorta Şirkətinin təqdim etdiyi Fərdi Qəza sığortasından yararlanmaqdır. Bu sığorta növündən istifadə etməklə siz gələcək böyük problemlərin qarşısın almış olarsız.

SIĞORTA TƏMİNATINA NƏLƏR DAXİLDİR ?

•  Ölüm

Sığortalı, sığorta hadisəsinin baş verməsi nəticəsində dərhal və ya hadisə baş verən tarixdən etibarən bir il ərzində həmin hadisədən ald ığı zədədən vəfat edərsə, sığorta məblği sığorta şəhadətnaməsində göstərilən sığortadan faydalanana, sığortadan faydalanan yoxdursa, sığortalının qanuni varisl ərinə ödənilir.

•  Ömürlük əlillik

Sığortalı, sığorta şəhadətnaməsi ilə təminat verilən hadisənin baş verdiyi anda və ya hadisənin baş vermə tarixindən etibarən iki il ərzində həmin hadisədən aldığı zədədən ömürlük əlil olarsa, ömürlük əlil olmaya görə verilən sığorta məblği tibbi müalicənin başa çatmasından və ömürlük əlil olmanın qəti olaraq təsdiq edilməsindən sonra ödəniş cədvəlində göstərilən nisbətlərə uyğun olaraq sığortalıya ödənilir.

•  Əmək qabiliyyətinin müvəqqəti itirilməsi

Sığortalı, hadisə nəticəsində iş qabiliyyətini müvəqqəti olaraq itirərsə, ona sığorta şəhadətnaməsində göstərilən gündəlik ödəniş məbləği ödənilir.

•  Müalicə xərci

Əgər müalicə xərcləri sığorta təminatına daxil edilmişdirsə, şəhadətnamədə ayrıca göstərməklə, sığortaçı hadisənin baş verdiyi tarixdən etibarən bir il ərzində müəyyən edilmiş həkim haqqı ilə dərman, radioqrafiya, vanna, massaj, xəstəxana və digər müalicə xərclərini (nəqliyyat xərcləri istisna olmaqla) sığorta şəhadətnaməsində bu təminat üçün göstərilən məbləğ həddində ödəyir.

 

PDF formatında yüklə