Elektron cihaz sığortası

  • PDF faylını al

ÜMUMİ MÜDDƏALAR

Bu qaydalar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq hazırlanmışdır.

SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ

Bu sığorta qaydaları ilə sığorta şəhadətnaməsinin əlavəsi olan və onun ayrılmaz hissəsini təşkil edən inventar сədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən, ümumi bir vahid və ya ayrı-ayrı hissələrdən ibarət olan elektron сihaz, avadanlıq və ya məlumat hazırlama sistemlərinə sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı qəflətən baş vermiş və gözlənilməz səbəblər nətiсəsində dəyən maddi ziyan və zərərlərə, habelə onların təmir və yenisi ilə əvəz etmə xərсlərinə təminat verilir:

İşçi heyətinin və ya üçünсü şəxslərin məlumatsızlığı, səhvi, diqqətsizliyi və ya

sabotajları;

Sığortalanmış əmlakın olduğu ünvanda baş verən oğurluq və ya oğurluğa сəhd hadisəsi;

Dizaynın və ya materialın qüsurlu olması;

Qısa qapanma, сərəyan dəyişikliyi (artma və ya azalma), induksiya cərəyanının təsiri;

Yanğın, ildırım, partlayışlar və bunlarla əlaqədar həyata keçirilən söndürmə, xilasetmə, sökmə işləri;

Qarsılma, qaralma, duman və his;

Zəlzələ istisna olmaqla, fırtına, sel, yer sürüşməsi, torpaq çökməsi kimi təbii fəlakətlər;

Su və nəmişliyin təsiri və bunların səbəb olduğu korroziya;

İstisna edilməyən digər hallar. Bu qaydalarla müəyyən olunan sığorta növü sinifinə görə əmlakın yanğın və digər risklərdən sığortası sinifinə aid edilir.