Gəmi sığortası

  • PDF faylını al

(DƏNİZ VƏ GÖLDƏ HƏRƏKƏT EDƏN GƏMİ VƏ YA DİGƏR SU NƏQLİYYAT
VASİTƏLƏRİ ÜÇÜN)

ÜMUMİ MÜDDƏALAR

Bu qaydalar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq hazırlanmışdır.
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
Bu sığorta qaydaları ilə dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələrinə, yaxud onlarla əlaqədar sığorta etdirilə bilən digər əmlaklara sığorta şəhadətnaməsindəgöstərilən müddət ərzində dəyə biləcək ziyan və zərərlərə sığorta şəhadətnaməsinin şərtləri
daxilində təminat verilir.
Bu maddədə istifadə olunan dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri termini müxtəlif yük və sərnişin gəmilərini əhatə edir. Ancaq sığortaçı qəbul edərsə, taxta və ya beton, yaxud bunların qarışığından hazırlanmış gəmilər,yelkənli gəmilər, səyahət gəmiləri, yaxta və katerlər xidməti katerlər, balıqçılıq gəmi və qayıqları, yedək gəmiləri, şalanda, parom və lixterlər, üzən hovuzlar, döyəc və kranlar, üzən restoranlar (restoran-gəmi), dəniz motosikletləri kimi su nəqliyyat vasitələri də dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri termininin əhatə dairəsinə daxil edilə bilər.
Sığorta təminatı, hadisə nəticəsində gəmi və digər dəniz, göl və ya çay nəqliyyat vasitələrinə, yaxud bunlarla əlaqədar digər əmlaklara dəyəcək ziyan və zərərləri, məsuliyyətə görə zərərin ödənilməsini (ayrıca olaraq təminata daxil edilibsə), yaxud bunlarla əlaqədar xərcləri əhatə edir. Ziyan və ya zərərin miqdarı, məsuliyyət sığortası ilə bağlı zərərin ödənilməsi ilə əlaqədar xərclərin həcm və mahiyyəti, eləcə də təminat verilən və verilməyən hadisələr sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi şərtlərə əsasən müəyyən edilir.
Bu qaydalarla müəyyən olunan sığorta növü sinifinə görə su nəqliyyatı vasitələrinin sığortası sinifinə aid edilir.

 

PDF formatında yüklə