Yük sığortası

  • PDF faylını al

Yük sığortası sığortanın ən qədim növlərindən biridir. Dünyada ilk sığorta şəhadətnaməsi də məhz xıv əsrdə yük sığortası ilə bağlı yazılmışdır. Ticarətlə məşğul olan iş adamlarımız, ekspeditorlarımız, logistika şirkətlərimiz gündəlik iş prosesində milyonlarla dəyəri olan yükləri daşımaqla məşğul olurlar.
Yük daşımaların spesifikliyi ondadır ki, bu daşıma zamanı yükün mülkiyyətçisi və ya alıcı daşıma boyu malik olduğu əmtəədən xəbərsiz və narahat bir formada gözləmə mövqeyi tutur. Halbuki yolda daşınan əmtəənin hər hansı bir riskdən zədə görmə və ya itmə ehtimalı çox böyükdür. Bütün bu problemlərdən uzaq olmaq üçün Rəvan Sığorta Şirkətinə təqdim etdiyi Yük sığortasından faydalana bilərsiz.

Sığorta obyekti - bütün növ mal qrupları (əmtəələr, xammallar, məhsullar, ev əşyaları və s.)
Daşıma vasitələri:
• gəmi
• təyyarə
• qatar
• yük maşını

Coğrafi əhatə dairəsi - AZƏRBAYCAN və yaxud BÜTÜN DÜNYA SIĞORTA TƏMİNATLARI:

• Geniş təminat (All risks) - Bu təminat, daşınan yükün yolda gecikməsi, malın özünün qüsurlu olması və ya təbii mahiyyətiylə əlaqədar olan zərərlər istisna olmaqla, xarici və təsadüfi səbəblərə görə dəyə biləcək hər cür ziyan və zərərlərə verilir.

• Məhdud təminat - Bu təminat daşınma vasitəsi kimi istifadə olunan gəminin batması, yanması, torpağa oturması, toqquşması, vurulması və ya yanğın, partlayış nəticəsində əmələ gələn zərərə görə daşınan mallara dəyə biləcək hər cür ziyan və zərərlərə verilir. Dəmir yolu vasitəsilə daşınma zamanı atəş, ildırım, sel, daşqın, uçqun, torpaq sürüşməsi, dağ uçqunu, körpünün uçması, yolun çökməsi, qatarlar arasında toqquşma, vurma, xətdən çıxma, aşma, vaqonları birləşdirən bəndlərin sınması və ya qatarın buna bənzər başqa bir riskə məruz qalması nəticəsində baş verə biləcək ziyan və zərərlərə verilir.
yük maşını və traylerlə yerinə yetirilən daşınmalar zamanı atəş, ildırım, sel, daşqın, uçqun, torpaq və dağ sürüşməsi, körpülərin uçması, yolların çökməsi və yük maşını və ya traylerin aşması, yanması və toqquşması nəticəsində daşınan mala dəyən ziyan və zərərlərə verilir.

• Tam zərər şərti - Bu təminata nəqliyyat vasitəsinin tamamilə və faktiki olaraq zədələnməsi nəticəsində əmtəənin faktiki olaraq və tamamilə zədələnməsi daxil edilir. Nəqliyyat vasitəsindən asılı olmayaraq daşınan bütün əmtəələr üçün bu təminat verilə bilər.

PDF formatında yüklə