Məsuliyyət Sığortası

  • PDF faylını al

Sığortaçı, baş verən sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlaklarına itki və ziyanların dəyməsinə görə sığortalının üçüncü şəxslər qarşısında məsuliyyətinə, ona qarşı irəli sürülən iddia və tələblərə zərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təminat verir. 

Sığortalı hüquqi şəxsdirsə, sığortalının işçilərinin, vəzifəli şəxslərinin, həmçinin etibarnamə və vəzifə təlimatlarına əsasən onun adından çıxış edən digər şəxslərin hərəkətləri də sığortalının hərəkətlərinə aid edilir.

Həmçinin aşağıda göstərilən hallarda sığorta təminatına daxil edilə bilər:

- İşəgötürən tərəfindən ayrılmış nəqliyyat vasitəsi ilə işçilərin kollektiv şəkildə iş yerinə gətirilib-aparılması zamanı baş verən qəzalar

- İşçilərin işəgötürən tərəfindən ezam edildikləri yerlərdə əsas işlə bağlı olmayan fəaliyyətlə məşğul olduqları zaman baş verən iş qəzaları

- Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda baş verən iş qəzaları

- Peşə xəstəlikləri

- Mənəvi ziyanla bağlı ödəniş tələbləri.

 

 

PDF formatında yüklə