Tibbi Siğorta

  • PDF faylını al

Könüllü Tibbi sığorta

Sağlamlıq insanın həyatında sahib olduğu ən dəyərli sərvətdir. İnsan, sağlamlığının qiymətini onu itirdikdən sonra dərk edir. Amma, itirdikdən sonra nə faydası var ki?! Bir tərəfdən artan xəstəliklər, digər tərəfdənsə ağır və stresli həyat tərzi müasir insanın sağlamlığını təhlükə altına atan ən başlıca faktorlardır. Vaxtında sığortalanmaqla Siz həm xəstələnmək qorxusundan, həm xəstəliklərdən, həm də mümkün xərclərinizdən sığortalanmış olursunuz.

TİBBİ XİDMƏTLƏRİMİZƏ NƏLƏR DAXİLDİR ?

•  TƏCİLİ TİBBİ YARDIM

•  24 saat ərzində təcili və təxirəsalınmaz tibbi yardım

•  Tibbi ləvazimat və dərman təchizatı

•  Evakuasiya və nəql etmə

•  AMBULATOR YARDIM

•  Səhiyyə müəssisələrində müayinə və müalicə üçün ambulator şəkildə həyata keçirilən həkim müayinəsi

•  Həkim tərəfindən məsləhət bilinən reseptli dərman və işlədilən materiallar

•  Laboratoriya testləri, endoskopik müayinə, radioqrafiq və nüvə müalicələri, radioterapiya

•  Bütün növ cərrahi müdaxilə və digər müalicə(vaksin, gips, sarğı, abses drenajı) xərcləri

•  STASİONAR YARDIM

•  Xəstəxanada minimum 24 saat qalmaq şərti ilə aparılan müayinə və müalicə xərcləri

•  Ümumi anestaziya ilə həyata keçirilən və ya ümumi anesteziya ilə aparıla biləcəyi halda lokal anesteziya altında xəstəxanada yatmadan aparılan müayinə və cərrahi müalicə xərcləri

•  Kimyaterapiya, dializ və kardioanqioqrafiya xərcləri

•  Xəstəxanada stasionar müalicə olunan zaman meydana gələn reanimasiya xərcləri

•  DƏRMAN TƏCHİZATI

•  Müalicə edən həkim tərəfindən təyin olunmuş dərman preparatları ilə təmin edilmə

•  İstifadə olunan ləvazimatlar ilə təchizat

•  STOMATOLOJİ YARDIM

•  Qəza nəticəsində xəsarət almış dişlərin əvvəlki vəziyyətinə salınması üçün diş həkimləri tərəfindən düzəldilən dişlər və çənə üzərində aparılan istənilən növ tibbi və cərrahi müdaxilələrlə əlaqədar çəkilən xərclər

•  diaqnostika

•  müalicə

•  plomblama

•  dişin çəkilməsi

•  TİBBİ MÜAYİNƏ

•  Qabaqcadan razılaşdırılmış tibb müəssisələrində kompleksli müayinələrin təşkili

•  ANALIQ TƏMİNATI

•  Doğuşayardım(doğuşdan əvvəl, doğuş və həmçinin doğuşdan sonrakı dövr)

•  VAKSİNASİYA VƏ VİTAMİNİZASİYA

•  Təxirəsalınmaz vaksinasiyalar

•  Mövsümə uyğun multivitaminlər ilə təchizat

XİDMƏTLƏRİMİZ HANSILARDIR ?

•  24 saat aktiv olan konsultativ-dispetçer xidməti

•  Mütəxəssis və ekspertlərin təmənnasız məsləhətləri

•  Məşhur tibb müəssisələrində sığorta olunanlara lazımi tibbi yardım və müalicə

PDF formatında yüklə