Əmlak Sığortası

  • PDF faylını al

Əsrlər boyu insanlar üçün ən dəyərli maddi varlıqlardan biri onların sahib olduğu əmlaklar olmuşdur. Bunun əsas səbəbi əmlakın dəyərinin, onun meydana gəlmə zamanının və onun həyatımızdakı rolunun çox yüksək olmasıdır. Düşünün ki, hər hansı bir təbii fəlakət və yaxud insan faktoruna bağlı bir hadisə nəticəsində siz sizin üçün dəyərli olan əmlakınızı itirmək riski ilə üz-üzə qalmısınız. Bunu düşünmək belə sizlər üçün dəhşətlidir. Bu hal baş verməsin deyə əmlakınızı Rəvan Sığorta Şirkətində sığortalamağa tələsin.

Sığorta obyekti – bütün növ daşınar və daşınmaz əmlaklar

Sığorta təminatlarımız nələri əhatə edir?

•  Yanğın, ildırım vurması, partlayış

•  Zəlzələ və vulkan püskürməsi

•  Sel su

•  Yer sürüşməsi

•  Daxili su

•  Avtomobil nəqliyyatı vasitələrinin sığortalanmış obyektə dəyməsi

•  Hava nəqliyyatı vasitələrinin sığortalanmış obyektə dəyməsi

•  Su nəqliyyatı vasitələrinin sığortalanmış obyektə dəyməsi

•  Tüstü

•  Qar ağırlığı

•  Fırtına

•  Tətil, lokaut, iğtişaş, xalq hərəkatı

•  Üçüncü şəxslərin qəsd hərəkəti

•  Terror

•  Oğurluq

•  Şüşə sınması

•  Uçuq və dağıntıların aradan qaldırılması

Məsuliyyət sığortaları nədir ?

•  Kirayəçinin(icarəçinin) kirayə(icarəyə) verənin əmlakına vuracağı zərərlərin

•  Kirayə(icarəyə) verənin kirayəçiyə(icarəçiyə) aid mallara vuracağı zərərlərin

•  Kirayəçinin(icarəçinin) və /və ya kirayə(icarəyə) verənin qonşu bina və mallarına vuracağı zərərlərin təminat altına alınmasıdır.

Xidmətlərimiz hansılardır ?

•  24 saat aktiv olan müştəri xidməti

•  Mütəxəssis və ekspertlərin təmənnasız məsləhətləri

•  Dəymiş zərərlə bağlı sığorta ödənişinin qısa müddətdə həyata keçirilməsi

 

PDF formatında yüklə