TİKİNTİ VƏ MONTAJ RİSKLƏRİNİN SIĞORTASI

  • PDF faylını al

Tikinti və montaj risklərinin sığortası sifarişçinin və podratçıların əmlak maraqlarını qoruyaraq obyektin tikintisi, təmiri və rekonstruksiyası aparılan proseslərdə olduğu kimi buraxılış sonrası zəmanət öhdəlikləri zamanı da baş vermiş müxtəlif gözlənilməz situasiyalarda maliyyə itgilərini qarşılamağa imkan verir.>
Sığortaya qəbul olunan obyektlər:

  • yollar,tunellər, körpülər, körpü keçidləri, yol ötürücüləri, müdafiə, istehkam və diər yol qurğuları, tikinti materiallları da daxil olmaqla binalar, mühəndis və digər qurğularda da aparılan işlər daxil olmaqla tikinti-montaj işləri,
  • tikinti sahəsinin avadanlığı: müvəqqəti qurğular, anbarlar, mühəndis kommunikasiyaları,
  • tikinti maşınları və avadanlıqları: yerqazan, yol-tikinti texnikası və avadanlığı, eləcə də kranlar, qaldırıcılar, beton-məhlul qarşdırıcıları, qaynaq aparatları, kompressorlar, transformatorlar, dirək üzərində qurulu özül qurğusu üçün avadanlıq və sair,
  • sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması üzrə, o cümlədən sığorta hadisəsindən sonra tikinti sahəsinin ərazisinin təmizlənməsi üzrə xərclər, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması üçün yüklərin təcili daşınması üzrə, iş vaxtından artıq vaxtda görülən işlərin ödənişi üzrə xərclər,
  • istismara verilmiş obyektlər üzrə buraxılış sonrası zəmanət öhdəlikləri,
  • tikinti-montaj işləri aparılarkən və / və ya buraxılış sonrası zəmanət öhdəlikləri periodunda üçüncü şəxslərin sağlamlığına, həyatına və / və ya əmlakına zərər vurmağa görə mülki məsuliyyət.


Sığorta "bütün risklərə görə məsuliyyətlə" şərtlərinə əsasən aparılır, o cümlədən:

 

  • Yanğın, ildırım vurması, partlayış, uçan aparatların və onların qalıqlarının düşməsi,
  • dolu, zəlzələ, çovğun, qasırğa, subasma, tufan,tayfun, sunami, siklon, vulkanizm
  • subasma, sel, qrunt sularının subasması, leysan,
  • qar yağması, qar kütlələrinin basması, uçqun, sürüşmə, torpaq çökmələri,
  • mühəndis şəbəkəsinin (su boruları, kanalizasiya, istilik təchizatı, elektrik təchizatının) qəzası,
  • elektrik cərəyanının təsiri (qısa qapanma, elektrik şəbəkəsinin artıq yüklənməsi və sair),
  • obyektin dağılması və ya zədələnməsi (o cümlədən qismən qopub tökülən və dağılan),
  • zay avadanlıqdan və ya defektli materialdan istifadə, bu şərtlə ki, sığortalı sığorta hadisəsi baş verən anadək bu çatışmazlıqlar barədə bilməsin,
  • üçüncü şəxslərin qanunazidd hərəkətləri, o cümlədən sındırmaqla oğurluq, basqın, soyğunçuluq, qarət, talan, quldurluq, xuliqanlıq hərəkətləri,
  • sığorta müqaviləsi ilə istisna olunmayan digər gözlənilməz hadisələr.

PDF formatında yüklə