“Rəvan Sığorta”ASC nəqliyyat vasitələrinin sığortasına dair növbəti iri ödənişini həyata keçirib. Sözü gedən sığorta növünə aid ödəmə martın 12-də Şəmkir şəhərində baş vermiş yol qəzası ilə bağlı olub.Belə ki,sığorta hadisəsi zamanı İnfiniti “FX-35” markalı avtomobil yararsız vəziyyətə düşmüş və tam məhvə uğramışdır. “Rəvan Sığorta” ASC tərəfindən 38 250.00 manat məbləğində sığorta ödənişi sığortalının bank hesabına ödənilib.Qeyd etmək lazımdır ki, ilin əvvəlindən nəqliyyat vasitələrinin sığortası ilə bağlı şirkət artıq 212 000.00 manata yaxın sığorta ödənişini həyata keçirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli Fərmanı ilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanunu təsdiq edilmişdir. Qanunun 78.1-ci maddəsinə uyğun olaraq həmin Qanun “Azərbaycan” qəzetinin 18 sentyabr 2011-ci il tarixli nömrəsində dərc olunmuşdur.
Bu Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir.
Qanunun və Fərmanın mətni ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:
İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu (http://president.az/articles/3120)